📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mətbuat: “Bu gün Ankarada ABŞ ilə Rusiya nümayəndələrinin görüşü keçirilir”

2022-11-14 15:40:00

Mətbuat: “Bu gün Ankarada ABŞ ilə Rusiya nümayəndələrinin görüşü keçirilir”

Hurriyyet.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşri bu gün Ankarada Rusiya ilə ABŞ təmsilçilərinin danışıqlar apardığını yazıb.

Nəşrin verdiyi xəbərə görə, Rusiya nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin başçılıq edir.

Ankarada keçirilən Rusiya-Amerika görüşü barəsində rəsmi açıqlama verilməyib. Nəşrə məlumat verən mənbə də danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.

Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə açıqlamasında Ankaradakı danışıqlar barəsindəki informasiyanı nə təsdiq, nə də təkzib edə biləcəyini söyləyib.

Rusiya ilə ABŞ-ın təmsilçiləri axırıncı dəfə yanvarın 10-da Cenevrədə görüşmüşdülər. O zaman tərəflər təhlükəsizliyin təminatını müzakirə eləmişdilər.

Hürr Tərcüman