📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mətbuat katibi İSTEFA VERDİ

2022-02-03 19:37:00

Mətbuat katibi İSTEFA VERDİ

Bakı Dövlət Universitetinin mətbuat katibi Günel İsgəndər vəzifəsindən ayrılıb.

O bu barədə facebook səhifəsində paylaşım edib.

"Karyeramın son iki ilini həsr etdiyim Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsindən öz istəyimlə ayrıldım. Maraqlı, məsuliyyətli və məhsuldar təcrübə idi. Bundan sonrakı fəaliyyətimi BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam etdirəcəyəm.

Mənə göstərilən etimada görə Universitet rəhbərliyinə təşəkkür edirəm. Bu işdə məndən dəstəyini əsirgəməyən - müəllimlərimə, iş yoldaşlarıma, həmkar dostlarıma sonsuz minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunacaq həmkarıma uğurlar arzu edirəm". \\Qaynarinfo