📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mətbuat Şurasının yeni sədri kimdir? - DOSYE

2026-10-16 15:31:24

Mətbuat Şurasının yeni sədri kimdir? - DOSYE

Azərbaycan Mətbuat Şurasına yeni sədr seçilib.

Azərbaycan jurnalistlərinin bu gün keçirlən IX qurultayında Vüqar Zifəroğlu (Əliyev) Mətbuat Şurasının yeni sədri seçilib.

Modern.az saytı Vüqar Zifəroğlunun dosyesini təqdim edir.

Vüqar Zifər oğlu Əliyev 12 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub.

1985-1995-ci illərdə Osman Mirzəyev adına 190 saylı orta məktəbdə oxuyub.

1995-2001-ci illərdə Bakı Dövlət Universitetində (BDU) beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

2005-ci ildə "Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

2017-ci ildə "Müasir dövrdə xarici KIV-də informasiya ilə manipulyasiya və onun Azərbaycanın internet mediasına təsiri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1999-2001- ci illərdə müxtəlif mətbuat orqanlarında çalışıb.

2001-2004-cü illərdə BDU jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında baş laborant vəzifəsində işləyib.

2004-2006-ci illərdə BDU kafedrasında baş laborant vəzifəsində çalışıb.

2006-cı ildən BDU Beynəlxalq jurnalistika kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.

2010-2017-ci illərdə "Jurnalistika" Elmi-tədqiqat laboratoriyasının müdiri olub.

2017-ci ildə BDU-nun Jurnalistika fakültəsinin dekani seçilib.

2020-ci ildə “Əməkdar jurnalisti” fəxri adı ilə təltif olunub.

Azərbaycan jurnalistlərinin 2022-ci ildə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

İki monoqrafiya, üç dərs vəsaiti, bir bədii roman və üç tarixi araşdırma kitabının müəllifidir.

Ailəlidir, 2 övladı var.