📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Meteohəssas insanlara XƏBƏRDARLIQ

2024-06-19 21:33:55

Meteohəssas insanlara XƏBƏRDARLIQ

İyunun 20-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.