📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Metin Gürak: "Türkiyə həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəkləyir"

2023-09-19 15:29:40

Metin Gürak:

Hurriyyet.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki,  sentyabrın 19-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə müzakirələr aparılıb.

Qardaş ölkə Türkiyənin hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanında olduğu xüsusi vurğulanıb.

Hürr Tərcüman