Metroda hərəkət bərpa olunur - vaxt açıqlandı
2026-04-21 13:14:01
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Bu barədə Hurriyyet.az-a"Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.
"Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik", - deyə məlumatda qeyd olunub.