📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Metroda maska taxanlar CƏRİMƏLƏNƏCƏK

2022-03-17 20:24:00

Metroda maska taxanlar CƏRİMƏLƏNƏCƏK

Rusiyanın paytaxtı Moskva şəhərində metro əməkdaşları sərnişinlərdən qoruyucu maskaları çıxarmağı tələb etməyə başlayıb.

Bu barədə “moscowtimes.ru” portalı yazıb.

Bildirilir ki, metro stansiyalar ərazisində maska ​​taxanlar “şübhəli şəxs” kimi saxlanılacaq və cərimələnəcək.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin martın 15-dən paytaxtda maska ​​rejiminin ləğv ediləcəyini bildirmişdi. Merin sözlərinə görə, şəhərdə epidemioloji vəziyyət durmadan yaxşılaşır. \\BAKU.WS