📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Metroda qatarda nasazlıq yarandı - SƏRNİŞİNLƏR DÜŞÜRÜLDÜ

2022-05-19 11:32:00

Metroda qatarda nasazlıq yarandı - SƏRNİŞİNLƏR DÜŞÜRÜLDÜ

Bakı metrosunda "Həzi Aslanov-Dərnəgül" xətti ilə hərəkət edən qatarda nasazlıq yaranıb.

Bu barədə "Hürriyyet.az"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, nasazlıqla bağlı "Ulduz" stansiyasında sərnişinlər düşürülüb. Qatar depoya göndərilib, əvəzinə qatar verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Məlumata görə, ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.

YƏHYA