📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Metroda yenə problem yarandı - Qatarlar gecikdi

2024-09-23 09:15:47

Metroda yenə problem yarandı - Qatarlar gecikdi

“Dərnəgül” - “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Elmlər Akademiyası” stansiyasında olarkən sonuncu vaqonun qapısında nasazlıq yaranması ehtimalı olduğu üçün maşinist qapıya baxış keçirib. Lakin “Bakı Metropoliteni”nin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülərək qatar elektrik deposuna yola salınıb”.

Hurriyyet.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Əvəzinə ehtiyat qatar verilib və bunun nəticəsində iki qatar arasında intervaldan əlavə olaraq 4 dəqiqə yubanma yaranıb”, - deyə o əlavə edib