📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Metsamor AES güneyli soydaşlarımızı necə öldürür?

2023-06-21 13:59:00

Metsamor AES güneyli soydaşlarımızı necə öldürür?

İranın “Tabnak” saytı xəbər verir ki, Araz çayının radioaktiv maddələrlə çirklənməsi ilə bağlı dünən “Pəyam-e Ma” qəzetində çıxan, “Araz çayının radioaktiv maddələrlə çirklənməsi: Söhbət nədən gedir?!” sərlövhəli yazı sosial şəbəkələrdə, xüsusən də xarici mediada geniş əks-səda doğurub və nəhayət İran səlahiyyətlilərini rəsmi reaksiya verməyə məcbur edib.
“Dəqiq elmi yoxlamalar Araz çayının suyunun çirklənməsi nəticəsində ağır formada və kütləvi şəkildə qida borusu, mədə və dəri xərçənglərinin qaraciyər xəstəliklərinin yaranmasını müəyyən edib; Suyun çirklənməsi radioaktiv materialları və ağır metalların çaya axıdılmasından qaynaqlanır”, deyə qəzetdə vurğulanıb.
Çirklənmənin əsas səbəbinin isə son dərəcə köhnə və bir qədər təhlükəli texnologiyadan istifadə olunduğu və uzun illərdir müzakirə mövzusuna çevrilən Ermənistanın Metsamor Atom Elektrik Stansiyası olduğu qeyd edilir...

 

Çirklənmənin əsas səbəbinin isə son dərəcə köhnə və bir qədər təhlükəli texnologiyadan istifadə olunduğu və uzun illərdir müzakirə mövzusuna çevrilən Ermənistanın Metsamor Atom Elektrik Stansiyası olduğu qeyd edilir...

Qəzetin araşdırmasına görə, Ermənistandakı mis mədənləri də çirklənməyə səbəb olur. Eyni zamanda, məqalədə qeyd olunub ki, İranın Atom Enerjisi Təşkilatının və Energetika Nazirliyinin çaydakı radioaktivlik çirklənməni araşdırmaması narahatlıq doğurur.
Bildirilib ki, Araz çayının çirklənməsi ilə bağlı dövlət qurumları tərəfindən çoxsaylı hesabatlara baxmayaraq, İran rəsmiləri çayda uranın olduğunu inkar edib.
Qeyd olunub ki, Araz çayının sərhədyanı ərazilərində yaşayan əhalidə suyun çirklənməsi nəticəsində qida borusu, mədə, qara ciyər və dəri xərçəngi xəstəlikləri əhəmiyyətli dərəcədə artıb. Araz sahillərində yaşayan sakinlər arasında xəstəliklərin, xüsusən də mədə xərçənginin artması ilə bağlı məlumatlar da var.
O da vurğulanıb ki, Ermənistanla yanaşı, İran da Araz çayının ən böyük çirkləndiricisidir. Belə ki, İranda Süngün mis mədəni bu çirklənməni artırır.

Ülviyyə, Hurriyyet.az