📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məxfi plan: “Rusiya Türkiyəyə qarşı bizə kömək etdi” – Şok iddia

2022-08-31 17:22:00

Məxfi plan: “Rusiya Türkiyəyə qarşı bizə kömək etdi” – Şok iddia

Yunanıstanın Rusiyadan aldığı S-300 müdafiə sistemlərinin Türkiyənin döyüş təyyarələrinə təcavüzündən sonra yunan mediasından etiraf kimi açıqlama gəlib.

Hurriyyet.az xəbər verir ki, Yunanıstan mediası S-300-lərin gizli şəkildə Kritə daşınması prosesini gündəmə gətirib.

Aralıq dənizində Türkiyənin F-16 döyüş təyyarələrini bloklayan S-300-lərin ABŞ-ın istəyi ilə adaya göndərildiyi iddia edilib.

Məlumatda S-300-lərin təhvil verilməsi üçün gizli plan hazırlandığı bildirilib: “Sınaqlar bir NATO ölkəsində ruslar tərəfindən böyük məxfilik şəraitində keçirilməli idi”.

Planın 1999-cu ildən bəri işlədiyini bildirən yunan mənbələri Türkiyənin F-16-larla bölgədəki durumun fotoşəkillərini çəkməyə çalışdığını da iddia edib. Amma Rusiyanın yunanlar kömək etdiyi, sistemlərin təhvil verilməsi və yerləşdirilməsinin məxfilik şəraitində həyata keçirildiyini yazıb.