📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Meydan TV” işi üzrə daha bir nəfər saxlanıldı

2025-05-07 09:08:50

“Meydan TV” işi üzrə daha bir nəfər saxlanıldı

Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Onun “Meydan TV” işi ilə əlaqədar saxlanıldığı bildirilir.

Qeyd edək ki, “Meydan TV” işi ilə bağlı Aynur Elgünəş (Qənbərova), Natiq Cavadlı, Şəmşad Ağayev, Aytac Tapdıq (Əhmədova), Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə), Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Ülvi Tahirov və Nurlan Libre (Qəhrəmanlı) həbs edilib.