Meyiti qamışlıqda tapılan 11 yaşlı azyaşlını kimlər öldürüb? - TƏFƏRRÜAT
Dünən Goranboyda baş vermiş dəhşətli qətl hadisəsiylə bağlı bəzi təfərrüatlar məlum olub.
"Hürriyyət.az"ın əldə etdiyi məlumata görə, meyiti qamışlıq ərazidən tapılan 11 yaşlı Fərid Təhməzovu anası Gülayət Təhməzova onunla qeyri-rəsmi nigahda yaşayan Anar Məmmədovla birgə döyərək öldürüb.
Onlar törədikləri əməli ört basdır etmək üçün Fərid Təhməzovun meytini qamışlığa atıblar. Gülayət Təhməzova Ağdaş rayonunda qeydiyyatda olmasına baxmayaraq bir müddətdir ki, Goranboyda Zərifə Quliyeva adlı şəxsə məxsus evdə 2 övladı ilə kirayədə yaşayırmış. Anar Məmmədov isə orada qalmasa da tez-tez evə gəlib-gedirmiş. Ev sahibi bildirir ki, Gülayət və Anar uşaqları tez-tez döyürdü. Qadın isə onlara mane olmaq istəyəndə ona işlərinə qarışmamasını tələb edirlərmiş.
Goranboy rayon sakini kirayə evin sahibəsi Zərifə Quliyeva deyir ki, sonuncu dəfə uşağı döyəndə ona xətəxanaya getməyi deyib. Ana isə belə halda övladını xəstəxanaya apara bilməyəciyini bildirib. Ondan sonrakı gün isə uşağın yoxa çıxdığını və bu haqda heçkimə bildirməməyi deyiblər.
Ötən gün isə yeniyetmənin qətlə yetirlidiyi məlum olub. Uşağı öldürməkdə şübhəli bilinən Gülayət Təhməzova və Anar Məmmədov saxlanlıblar. Faktla bağlı Goranboy rayon Prakorluğunda araşdırma aparılır.
Yəhya