📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Meyiti qəbiristanlığın yaxınlığında tapıldı

2026-08-12 22:18:03

Meyiti qəbiristanlığın yaxınlığında tapıldı

Ağstafa rayonunda 46 yaşlı kişinin meyiti tapılıb.

Hurriyyet.media xəbər verir ki, hadisə avqustun 10-u saat 23 radələrində Həsənsu kəndində baş verib.

1980-ci il təvəllüdlü Zaur Novruz oğlu Yolçuyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində - qəbiristanlığın yaxınlığında aşkar edilib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./Qafqazinfo/