📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Meyiti tapılan Natiq vəzifəli şəxsin oğlu imiş

2022-11-15 10:55:00

Meyiti tapılan Natiq vəzifəli şəxsin oğlu imiş

İki gün əvvəl Sumqayıt şəhərində dəm qazından boğularaq öldüyü bildirilən Natiq Beydullayevlə bağlı yeni məlumat yayılıb.

Hurriyyet.az Sumqayıt24-ə istinadən xəbər verir ki, ilkin məlumatlarda bədbəxt hadisə nəticəsində öldüyü bildirilən şəxsin intihar etməsi məlum olub. Belə ki, N.Beydullayevin sirkə içərək həyatına qəsd etməsi üzə çıxıb.

Qeyd edək ki, mərhumun atası Nafiq Beydullayev Sumqayıtda yerləşən Etilen Polietilen zavodunda direktor müavini vəzifəsində işləyir.