Meymunçiçəyi fitnəsi – Niderlandda xəstələrin sayı artdı
2022-06-07 21:56:00
Hurriyyet.az xəbər verir ki, Niderlandda 54 nəfərin meymunçiçəyi virusuna yoluxduğu bildirilir. Bu barədə məlumatı ölkənin Səhiyyə İnstitutu (RIVM) yayıb.
Ölkədə meymunçiçəyi virusuna ilk yoluxma halı 20 may tarixində qeydə alınıb.
Bundan əvvəl ÜST indiyə qədər 27 ölkədə 780 yoluxma halının qeydə alındığını bildirmişdi.
Hürr Tərcüman