Meymunçiçəyi fitnəsindən yeni xəbər – ölüm halları qeydə alındı
2022-07-07 13:29:00
Hurriyyet.az “Röyters” informasiya agentliyinə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı növbəti hesabatında meymunçiçəyi virusundan iki ölüm halının qeydə alındığını bildirib. Sənəddə bildirilir ki, 27 iyun tarixli hesabatdan keçən müddət ərzində meymunçiçəyi virusuna yoluxma halı 77% faiz artaraq 6027 olub. Xəstəlik yeni-yeni ərazilərə yayılır.
Yoluxmaların böyük bir qismi Avropa regionunda yayılsa da, indiyədək baş vermiş ölüm hallarının üçü də Afrikada baş verib.
Hürr Tərcüman