📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Meymunçiçəyi xəstəliyinə yoluxanların sayı dünyada 900-ü ötüb

2022-06-04 12:24:00

Meymunçiçəyi xəstəliyinə yoluxanların sayı dünyada 900-ü ötüb

Dünyada meymunçiçəyi xəstəliyinə 900-dən artıq yoluxma halı qeydə alınıb.

Hurriyyet.az AZƏRTAC-a istinadla xəbər verir ki, 29 ölkədə aşkarlanan 909 yoluxma faktından 225-I Böyük Britaniyada, 186-sı isə İspaniyada qeydə alınıb. Portuqaliyada isə bu rəqəm 143-dür.

Meymunçiçəyinə yoluxma faktı aşkarlanan ölkələr arasında ilk onluqda Kanada, Almaniya, Fransa, Niderland, ABŞ, İtaliya və Belçika ölkələri də yer alıblar.