📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Meyxanadan getdi

2024-11-18 20:07:17

 Meyxanadan getdi

Meyxanaçı Ələkbər Yasamallı sənətdən uzaqlaşıb.  Axşam.az xəbər verir ki, ifaçı bu haqda "El canlı" verilişində deyib. O bildirib ki, artıq bizneslə məşğuldur:

"Tikinti işi ilə məşğulam. Bir dostumla ev tikib satırıq".

Meyxanadan danışan Ələkbər "Meyxananın bərbad olmağında meyxanaçılar günahkardır. Amma meyxananın sütunları da getdi. Biz həm pul qazanırdıq, həm də sənəti sevirdik" sözlərini əlavə edib.