📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məzahir Pənahova yeni səlahiyyət verildi

2022-11-05 21:24:00

Məzahir Pənahova yeni səlahiyyət verildi

Prezident İlham Əliyev “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Hurriyyet.Az xəbər verir ki, fərmana əsasən, siyahıya aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilib.
“5-1. Məcəllənin 179-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası adından – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.”.