📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Məzlum Kobani"yə qarşı PUA hücumu: ABŞ təsdiqlədi...

2023-04-08 16:21:00

İraqın Süleymaniyə şəhərində YPG/PKK terrorçu şəbəkəsinin komandanı “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahini və 3 amerikalı hərbçini aparan konvoy PUA hücumuna məruz qalıb.

Hurriyyet.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, hücumu Pentaqonun Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Co Buccino təsdiqləyib.

O bildirib ki, hadisə zamanı can itkisi qeydə alınmayıb:

“Hazırda hücumla bağlı araşdırmalar aparılır”.

axar.az