📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mİ 6-nın keçmiş rəhbəri: Putin 2023-cü ildə sağ qalmayacaq

2022-05-24 16:51:00

Mİ 6-nın keçmiş rəhbəri: Putin 2023-cü ildə sağ qalmayacaq

Böyük Britaniyanın məxfi kəşfiyyat xidməti Mİ 6-nın keçmiş rəhbəri Riçard Dirlav hesab edir ki, Rusiya prezidenti Putin tezliklə “sanatoriyaya gedəcək” və bunu əsla öz istəyi ilə etməyəcək. Bundan sonra diktator hakimiyyəti itirəcək və 2023-cü ildə o, artıq həyatda olmayacaq. Bu barədə Almaniyanın “Frankfurter Rundschau” qəzeti məlumat yayıb.
Keçmiş rəsminin sözlərinə görə, Putin gələn ildən əvvəl Rusiya Federasiyasının prezidenti postunu tərk edə bilər. Lakin bu, Ukraynadakı müharibə ilə deyil, 69 yaşlı qanlı diktatorun səhhəti ilə bağlıdır.
Tezliklə Putin sanatoriyaya göndərilə bilər. 1999-2004-cü illərdə Britaniya kəşfiyyatına rəhbərlik etmiş Dirlavın sözlərinə görə, oradan o, artıq Rusiya Federasiyasının prezidenti kimi çıxmayacaq və hakimiyyətini itirəcək.
"Mən onun 2023-cü ilə sağ qalacağını düşünmürəm", Mi-6-nın keçmiş rəhbəri deyib.
Dirlav həmçinin diktator öləndə onu kimin əvəzləyəcəyini də bildirib. Təcavüzkar ölkənin təhlükəsizlik şurasının katibi Nikolay Patruşev Rusiya Federasiyasının yeni prezidenti ola bilər.
"Əgər mənim tezisim təsdiqlənsə və Putin sanatoriyada gizlənsə, Patruşev ehtimal olunan əvəzedici olacaq. Və təbii ki, bu ssenaridə əvəzləmə çox güman ki, daimi olacaq", deyə Britaniya kəşfiyyatının keçmiş rəhbəri inandığını ifadə edib.

Ülviyyə, Hurriyyet.az