📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MİDA-nın yeni mənzillərinin satışı bitdi - Sentyabrın 28-də növbəti mərhələ olacaq

2022-09-24 16:26:00

MİDA-nın yeni mənzillərinin satışı bitdi - Sentyabrın 28-də növbəti mərhələ olacaq

Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin seçim prosesi başa çatıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzil satışına dair Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkil etdiyi brifinqdə qurumun aparat rəhbəri Fərman Qurbanlı deyib.

Onun sözlərinə görə, vətəndaşların əksəriyyəti mənzil seçimi ərizələrini imzalayıblar.