📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

MİDA-nın yeni mənzillərinin satışı: İlk seçim gerçəkləşdi - YENİLƏNİB

2022-09-24 15:15:00

MİDA-nın yeni mənzillərinin satışı: İlk seçim gerçəkləşdi - YENİLƏNİB

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ilk mənzil artıq seçilib.

Hurriyyet.az-ın məlumatına görə, mənzil seçimin 31-ci saniyədə seçilib.

***

“Bu gün saat 15:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilir”. 

Bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib. 

O qeyd edib ki, mənzil seçimlərinin edilməsi ilə bağlı proses hüquq-mühafizə orqanlarının nəzarətindədir.

F.Qurbanlı əlavə edib ki, ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılır.

Oxu.az