📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mikayıl Cabbarov: “Başlıca çağırış neftdən asılılığı sıfıra endirməkdir”

2021-11-16 14:40:00

Mikayıl Cabbarov: “Başlıca çağırış neftdən asılılığı sıfıra endirməkdir”

İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdəki 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış etdi. Nazir qeyd etdi ki, hazırda Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni inkişaf mərhələsinə daxil olur: “Bu istiqamətdə Azərbaycanın 2022-2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb”. İqtisadiyyat naziri bildirdi ki, karantin rejiminin əhəmiyyəti dərəcədə yumşaldılması və iqtisadi artımın yüksəlməsi şəraitində ÜDM-in artım dinamikasında müsbət meyillər güclənməkdədir: “Qarşımızda iqtisadi artımın daha dayanıqlı hala gətirilməsi, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi kimi ümdə vəzifələr durur. Bunun üçün müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib”.

M.Cabbarov əlavə etdi ki, büdcədə sosial proqramların həyata keçirilməsi tədbirləri nəzərdə tutulur. Nazirin sözlərinə görə, növbəti ildə 2021-ci ilə nisbətən ölkədə investisiya fəallığını artması gözlənilir: “Genişmiqyaslı sosial proqramların həyata keçirilməsi, əmək bazarında şəffaflaşmanın təmin edilməsi şəraitində orta ayıq əməkhaqqının 807 manata çatması gözlənilir. İqtisadi fəaliyyət tamamilə yeni keyfiyyət üzərində formalaşacaq”.

M.Cabbarov bildirdi ki, SOCAR daxil olmaqla, artıq 4 iri dövlət şirkətində maliyyə vəziyyətinin yaxşılaşması müşahidə edilir: “Ölkə qarşısında yeni iqtisadi çağırışlar dayanmaqdadır. Başlıca çağırış neftdən asılılığı sıfıra endirməkdir”.

Musavat.com