📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mikayıl Cabbarov İsrail rəsmisi ilə görüşüb

2024-07-26 11:39:18

Mikayıl Cabbarov İsrail rəsmisi ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Blitzşteyn ilə görüşüb. Bu barədə Cabbarov X hesabında paylaşım edib.

Görüşdə bu istiqamətlər üzrə birgə iqtisadi fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə edilib:

▪️İsrail şirkətləri ilə birgə investisiya layihələrinin həyata keçirilməsi;

▪️işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi;

▪️ticarət, sənaye, innovasiya və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın təşviqi.

Ülviyyə, Hurriyyet.az