📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mikayıl Cabbarov Türkmənistan prezidenti ilə görüşdü

2023-10-05 00:33:16

Mikayıl Cabbarov Türkmənistan prezidenti ilə görüşdü

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə nazir X hesabında paylaşım edib.

"Türkmənistana səfərimiz çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq. Dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişafı qeyd olundu", - paylaşımda vurğulanıb.