📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mikroavtobusla minik maşını toqquşdu, 5 yaralı

2026-10-01 17:46:54

Mikroavtobusla minik maşını toqquşdu, 5 yaralı

Tərtər rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.net xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə Ağdam-Mingəçevir marşrutu üzrə hərəkətdə olan “Ford” markalı mikroavtobus toqquşub. Nəticədə, mikroavtobusda olan 5 sərnişin xəsarət alıb. Yaralılar Ağdam Təcili Tibbi Yardım bölməsinin əməkdaşları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.