Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib
2026-02-07 23:43:30
İtaliyanın Milan şəhərində nümayişçilərin əsas kütləsindən ayrılan təxminən 100 nəfərlik qrup polisə daş və fişəng atmağa başlayıb.
Hurriyyet.org "Reuters"ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları cavab olaraq su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər.
Qeyd olunub ki, nümayişçılər bu yolla şəhərin Santa-Culiya hokkey arenasına aparan yolu bağlamağa çalışıblar.
AFP-nin məlumatına görə, bir neçə nəfər saxlanılıb.
Bu gün Milan və Kortinada minlərlə insan ekoloji və sosial-iqtisadi problemlər, o cümlədən mənzil qiymətlərinin yüksəkliyi və şəhər həyatının əlçatanlığı fonunda yarışların keçirilməsinə etiraz olaraq yürüş təşkil edib.