📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Milla"nın 13 tondan çox yararsız süd məhsulu MƏHV EDİLDİ

2021-10-22 19:57:00

Azərbaycanda iri süd məhsulları istehsalçılarından olan şirkətlərdən birinin istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulları məhv edilib.

Bu barədə Hurriyyet.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin (“Milla”) 72 adda 13 ton 364 kiloqram 84 qram müxtəlif növ süd məhsulları Sumqayıtda yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunda yandırılıb.