📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Milləti birləşdirmək, dözümsüzlüyü və parçalanmanı məğlub etmək lazımdır” – Erməni katolikos

2021-09-27 14:24:00

“Milləti birləşdirmək, dözümsüzlüyü və parçalanmanı məğlub etmək lazımdır” – Erməni katolikos

“Milləti birləşdirmək, dözümsüzlüyü və parçalanmanı məğlub etmək lazımdır”.  

Hurriyyet.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri bütün ermənilərin Katolikosu II Qaregin müharibənin nəticələrini aradan qaldırmağın yollarından danışarkən deyib.

II Qareginin mesajına görə, milli dirçəliş hər kəsdən şəxsi məsuliyyət və vətənə bağlılıq tələb edir:

“Müharibə bir sınağa çevrildi. Sosial gərginlik və parçalanma şəraitində çətinliklərin öhdəsindən gəlmək mümkün deyil. Qarabağ ermənilərinin taleyini müstəqil şəkildə həll etmək və hüquqlarını qorumaq üçün birgə səylərə ehtiyac var” – Katolikos əlavə edib.