📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edib

2024-01-18 19:47:31

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Hurriyyet.Az xəbər verir ki, xəbərdarlıqda deyilir:

Bakıda və Abşeron yarımadasında yanvarın 19-u gündüzdən 20-dək cənub-qərb küləyinin 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 19-da qərb küləyinin əsasən bəzi dağlıq və dağətəyi rayonlarda 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.