📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

2025-06-11 19:20:29

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

İyunun 12-15-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Hurriyyet.Az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.