Milli Məclis daha 2 beynəlxalq sənədi ratifikasiya etdi
2026-11-03 13:19:50
Milli Məclis daha iki beynəlxalq sənədi ratifikasiya edib.
Hurriyyet.net xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.
Layihələr müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.