📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Milli Məclis iki vacib layihəni qəbul etmədi

2024-05-31 14:36:33

Milli Məclis iki vacib layihəni qəbul etmədi

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş iki qanun layihəsi qəbul edilməyib.

Hurriyyet.az xəbər verir ki, parlamentin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayıb:

- "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi;

- "Ali təhsil haqqında" qanun layihəsi;

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

report.az