📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Milli Məclis yeni heyəti iclasa çağırdı - Tarix açıqlandı

2024-09-28 11:28:25

Milli Məclis yeni heyəti iclasa çağırdı - Tarix açıqlandı

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk iclası sentyabrın 30-da keçiriləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.

İclasda həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq.