Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi
Milli Məclisin iclasında 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı müzakirə olunub.
Hurriyyet.az-ın xəbərinə əsasən, Bəyanat barədə Milli Məclisin spikeri Sahibə Qafarova məlumat verib.
O, 44 günlük Vətən müharibəsi dövründə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik qabiliyyətindən danışıb.
Sahibə Qafarova Azərbaycan Ordusunun qəhrəmanlığından, şücaətindən söz açıb.
Parlament sədri sonda Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Milli Məclis adından təbrik edib.
Parlamentin iclasında 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul edilib.
Deputatlar səs çoxğulu ilə sənədi təsdiqləyiblər.
oxu.az