📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu

2025-04-30 23:40:55

Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə yeni - “Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında” məsələ daxil edilib.

Hurriyyet.Az xəbər verir ki, bu məsələ baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

Baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin daha 5 il uzadılması gözlənilir.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.

Mənbə: Qafqazinfo