Milli Məclisin deputatı Bolqarıstana səfər edəcək
2024-06-21 10:15:14
Milli Məclisin Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanın Sofiya şəhərinə səfər edəcək. Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir.
Səfər çərçivəsində deputatımız iyunun 9-da keçiriləcək Bolqarıstan Milli Assambleyasına növbədənkənar parlament seçkilərini, eyni zamanda Avropa Parlamentinə növbəti seçkiləri müşahidə edəcək.
Səfər iyunun 11-də başa çatacaq.
Hurriyyet.az