Milli Məclisin deputatları İrəvandadırlar - YENİLƏNİB RƏSMİ
Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda səfərdədirlər.
Hurriyyet.az Trend-ə istinadən xəbər verir ki, deputatlar fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirak edəcək.
Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
***
Fevralın 22-də Ermənistanın paytaxtı Yerevanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Hurriyyet.az-a verilən xəbərə görə, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.
Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.