📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Milli Məclisin komitələri formalaşdırıldı

2024-09-30 13:41:55

Milli Məclisin komitələri formalaşdırıldı

VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin payız sessiyası üzrə sentyabrın 30-da keçirilən ilk plenar iclasında qaldırılıb.

Parlamentin 15 komitəsi üzrə yeni üzvlər formalaşaraq təsdiq edilib.