📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Milli Məclisin sədri Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərinə səfəri haqda çıxış edib

2024-05-31 11:30:07

Milli Məclisin sədri Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərinə səfəri haqda çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova mayın 27-28-də Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində işgüzar səfəri barədə çıxış edərək məlumat verib.

Hurriyyet.az çıxış mətnini təqdm edir:

"Hörmətli həmkarlar!

Bildiyiniz kimi, Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti mayın 27-28-də Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransında iştirak etmək idi. 

Dünyanın müxtəlif ölkələrindən hökumət üzvləri olmaqla yüzdən çox nümayəndənin iştirak etdiyi toplantıda mən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxudum.

Müraciətin mətni mətbuatda dərc edilib və yəqin ki, tanış olmusunuz.

Hörmətli həmkarlar!

Səfər çərçivəsində bir sıra görüşlər keçirildi. Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalves, Kubanın Vitse-prezidenti Salvador Antonio Valdes Mesa, Antiqua və Barbudanın Nümayəndələr Palatasının sədri Cerald Uott və Senatın sədri Alinsia Vilyams Qrant ilə danışıqlarda Azərbaycanın bu ölkələrlə münasibətlərinə dair fikir mübadiləsi aparıldı. Beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulandı".

Ülviyyə, Hurriyyet.az