📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Milli Musiqi Günü ilə bağlı fləşmob - Video

2026-09-18 15:48:03

Milli Musiqi Günü ilə bağlı fləşmob - Video

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri 18 Sentyabr - Milli Musiqi Günü ilə əlaqədar Bakı Dəmiryol Vağzalında fləşmob keçiriblər.

Hurriyyet.media xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Görmə məhdudiyyətli gənclər dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından musiqi parçası təqdim ediblər. 

İfaçılar - Prezident mükafatçısı Səməd Novruzov və Xaliq Şərifovu kamançada Prezident mükafatçısı Fatimə İsrafilova, tarda Fərid Abdullayev, nağarada Xətai Azayev müşayiət edib. ????????

İnklüzivliyi və milli musiqimizin zənginliyini tərənnüm edən bu təşəbbüs sərnişinlərin marağına səbəb olub.