📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

2026-08-29 17:09:58

Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.

Modern.az xatırladır ki, o, 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub.

Çingiz Mustafayev 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başladıqdan sonra Çingiz Mustafayev jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərməyə başlayıb.

Lakin o, yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun hazırladığı reportajlar informasiya blokadasında olan Azərbaycan haqqında həqiqətlərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziya kanallarına çatdırılmasına imkan verib.

Dövlət televiziyasında mövcud olan senzura Çingiz Mustafayevi "215 KL" studiyasını yaratmağa sövq edib.