Milli Qəhrəman dəfn edildi
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev Bakıdakı Hərbi Memorial Məzarlıqda dəfn edilib.
Modern.az xəbər verir ki, mərasimdə Prezident yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Milli Qəhrəman İbad Hüseynov, keçmiş döyüşçülər, Müdafiə Nazirliyinin əməkdaşları, mərhumun yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ehtiram Əliyev noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsində vəfat edib.
Qeyd edək ki, E.Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib.
Bakı Maşınqayırma Texikumunu və "Təfəkkür” Universitetini bitirib.
1992-ci ilin iyunundan 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. Cəbhənin Ağdam, Naxçıvan istiqamətlərində döyüşüb. 1995-ci ildə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. Daha sonra Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb.
Bir qızı, iki oğlu var.