📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Milli Qəhrəman Ehtiram Əliyev bu xəstəliklərdən əziyyət çəkir

2026-10-26 18:06:17

Milli Qəhrəman Ehtiram Əliyev bu xəstəliklərdən əziyyət çəkir

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin son durumu açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, 18.10.2026-cı il tarixində saat 13:40 radələrində Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilən 1972-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi hazırda Terapiya şöbəsində davam etdirilir:

"Xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları təyin edilən pasiyentin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

Qeyd edək ki, Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib. O, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısıdır.