📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Milli Qəhrəmanın atası dünyasını dəyişdi

2025-03-14 22:54:26

Milli Qəhrəmanın atası dünyasını dəyişdi

Tovuzda Milli Qəhrəmanın atası vəfat edib.

Azəbaycan Respublikasının Milli Qəhrəmanı, birinci Qarabağ savaşı şəhidi, Naiq Nəsir oğlu Yusifovun atası Nəsir Yusifov 93 yaşında Tovuzun Ağdam kəndində dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Naiq Nəsir oğlu Yusifova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

Oxu.Az