📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Millimiz İraqla qarşılaşır

2026-11-17 16:53:58

Millimiz İraqla qarşılaşır

Təlim-məşq toplanışının ikinci mərhələsini Bakıda davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq oyununu keçirəcək.

Hurriyyet.net  xəbər verir ki, U-20 İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 19:00-da başlanacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.