📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Millimiz Litvaya qalib gəldi - YENİLƏNİB

2026-10-04 20:44:36

Millimiz Litvaya qalib gəldi  - YENİLƏNİB

Azərbaycan millisi UEFA Millətlər Liqasında cari mövsüm ilk qələbəsini qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə Ayxan Abbasovun baş məşqçi olduğu komanda Bakıda Litvanı qəbul edib.

8-ci km stadionunda baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqib qapısından keçirib.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı son matçını noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.