📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Millimiz Norveçə UDUZDU

2021-11-16 23:12:00

Millimiz Norveçə UDUZDU

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Milan Obradoviçin baş məşqçi olduğu komanda Norveç yığmasını qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda Azərbaycan yığması 6 komandalı A qrupunda 6 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb. Norveç isə 15 xalla Xorvatiya ilə birlikdə 1-2-ci yerləri bölüşdürür. \\Axar